Bakı. Trend:
Dünyada neftin qiyməti bu gün səhər müəyyən qədər artıb. Eyni zamanda investorlar ABŞ-də bu xammal ehtiyatlarının azaldığına dair məlumatlara diqqət yetiriblər.
Trend-in məlumatına görə, ticarət məlumatları bunu təsdiqləyir.
Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,06% artaraq 1 bareli 83,74 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,26% artaraq 1 bareli 77,34 dollara çatıb.
Treyderlər statistikaya diqqət yetiriblər. Amerika Neft İnstitutunun (API) qiymətləndirməsinə əsasən, ölkədə neft ehtiyatları 1 həftə ərzində 2,2 milyon barel azalıb.
Bununla bağlı rəsmi məlumatlar ABŞ-nin Energetika Nazirliyi tərəfindən dərc olunacaq. Analitiklər əksinə olaraq ehtiyatların bir həftə ərzində 2,5 milyon barel artdığını hesab edirlər.