...

Dünya bazarında neft ucuzlaşıb

Energetika Materials 17 Fevral 2023 10:15 (UTC +04:00)

Bakı. Trend:

Həftənin yekunlarına görə dünyada neftin qiyməti təqribən 1% ucuzlaşıb. Cümə günü ciddi dəyişikliklər olmasa, kotirovkalar təqribən 2,5% azalma nümayiş etdirə bilər.

Trend-in məlumatına görə, sövdələşmə məlumatları bundan xəbər verir.

Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,93% azalaraq 1 bareli 84,35 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,97% azalaraq bareli 77,73 dollara çatıb.

Həftənin əvvəlindən etibarən bu kotirovkalar müvafiq olaraq 2,4% və 2,6% azalıb. Əsasən ABŞ-ın məlumatları mənfi təsir göstərib.

Belə ki, bundan əvvəl ABŞ hakimiyyəti aprel-iyun aylarında strateji ehtiyatlardan 26 milyon barel neft satmağı planlaşdırdığını bildirib. Ötən həftə ərzində ölkədə neftin kommersiya ehtiyatları 16,3 milyon barelə çatıb.

Həmçinin, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iqtisadiyyatda bank tariflərini gözlənildiyindən daha uzun müddət yüksək səviyyədə saxlayacaq, belə ki inflyasiya ləngisə də, nəzərdə tutulan 2% səviyyədən əhəmiyyətli dərəcədə yüksək olaraq qalmaqdadır. Bununla əlaqədar olaraq hətta resessiya perspektivlərindən söhbət gedirdi və bu müvafiq olaraq neft tələbatı perspektivlərində mənfi əks olunur.

Günün irəliləyən saatlarında ABŞ-ın neft servis şirkəti olan BAke Hughes tərəfindən ABŞ-da mövcud olan neft qazma qurğularının sayına dair məlumatlar dərc ediləcək. Ötən həftə onların sayı 10 ədəd artaraq 609 aqreqata çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti