...

bp Cəbrayılda elektrik stansiyası inşa edir - ərazi minalardan tam təmizlənib

Energetika Materials 10 Mart 2023 16:11 (UTC +04:00)
bp Cəbrayılda elektrik stansiyası inşa edir - ərazi minalardan tam təmizlənib
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Zəngilan. Trend:

bp tərəfindən Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikilməsi üçün ərazi minalardan tam təmizlənib və şirkətin əməkdaşları artıq əraziyə baxış keçirirlər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov bu gün Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun 62-ci iclasında deyib.

Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonu 180 meqavat gücündə təmiz enerji potensialına malikdir və bu rayona investisiyaların cəlb olunması üzrə proses artıq gedir.

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin elektrik enerjisi ilə təmin olunması tamamilə alternativ enerji mənbələri hesabına həyata keçiriləcək. Bu ərazilərdə təbii qazın istifadəsi məhdud olacaq", - nazir müavini deyib.

Xatırladaq ki, 2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Energetika Nazirliyi və bp arasında Zəngilan-Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlıq üzrə icra müqaviləsi imzalanıb. Sənəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması və bərpa olunan enerji sektorunun inkişafı, habelə karbon tullantılarının 2030-cu ilədək 35 faiz azaldılması və bp-nin 2050-ci ilədək sıfır emissiyalı şirkətə çevrilmək strategiyasının reallaşdırılması üzrə öhdəliklərlə əlaqədar strateji həll çərçivəsində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti