...

IGB operatoru tender elan edir

Energetika Materials 14 Mart 2023 11:15 (UTC +04:00)
IGB operatoru tender elan edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB qaz kəmərinin sığortalanması üzrə tender elan edib.

Trend bu barədə Bolqarıstan mediasına istinadən xəbər verir.

Tenderin dəyəri 2,7 milyon avro təşkil edir. Tender təklifləri 21 mart 2023-cü il tarixinədək qəbul olunur.

Planlaşdırılan müqavilə bütün zədələnmə risklərindən, o cümlədən texnikanın sınmasından və işin pozulmasından sığortalanmanı nəzərə tutur. Tender həmçinin mülki məsuliyyətin sığortalanması, terrorizmdən, sabotajdan, iğtişaşlardan, tətillərdən, mülki iğtişaşlardan və zərərli fəaliyyətdən sığortalanmanı əhatə edir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırki istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti