...

Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi artıb

Energetika Materials 17 Mart 2023 16:13 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarının yekunlarına əsasən, Cənubi Qafqaz Boru Kəməri ilə 2022-ci ilin yanvar-fevral aylarındakı 3,270 milyard kubmetrlə müqayisədə 3,601 milyard kubmetrdən artıq qaz nəql olunub.

Trend bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Beləliklə, Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə nəql bir il ərzində 10,1 faiz artıb. Onun payına 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan qazın 45,8 faizi düşüb, ötən ilin analoji dövründə isə bu göstərici 46,9 faiz təşkil edib.

Bütünlükdə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə təqribən 7,861 milyard kubmetr qaz nəql olunub və 2022-ci ilin yanvar-fevral aylarındakı 6,975 milyard kubmetrlə müqayisədə bu, 12,7 faiz artım deməkdir.

CQBK 2006-cı ildən etibarən fəaliyyət göstərir və "Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan və Türkiyə üçün qaz nəql edir. Boru kəmərinin genişləndirilmiş hissəsindən kommersiya məqsədilə Türkiyəyə nəql 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabrında başlayıb.

CQBK-nin səhmdarları aşağıdakı kimidir: bp (29,99 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NICO (10 faiz) və SGC (6,7 faiz).

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti