...

Azərbaycan "yaşıl enerji"nin böyük potensialından Avropaya tədarük üçün istifadə etmək niyyətindədir - Nazir

Energetika Materials 28 Mart 2023 19:54 (UTC +04:00)
Azərbaycan "yaşıl enerji"nin böyük potensialından Avropaya tədarük üçün istifadə etmək niyyətindədir - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropaya tədarük üçün "yaşıl enerji"nin böyük potensialından istifadə etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Almaniyada keçirilən Enerji Keçidi üzrə 9-cu Berlin Dialoqu beynəlxalq konfransında deyib.

O xatırladıb ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ötən ilin dekabrında Buxarestdə "yaşıl enerji"nin istehsalı və ötürülməsinə dair saziş imzalayıblar.

"Beləliklə, biz böyük yaşıl enerji potensialından istifadə edəcəyik. Birincisi, Xəzər dənizində 15 giqavatlıq dəniz külək potensialımız var. Biz onu Avropa İttifaqına yüksək gərginlikli xətlər vasitəsilə elektrik enerjisi, hidrogen, ammonyak və s. şəklində verə bilərik. Dörd ölkə Avropa Komissiyası və özəl şirkətlərlə birlikdə bunun üzərində işləyir”, - deyə Şahbazov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın strategiyası dövlət büdcəsinin resurslarından ölkədə bərpa olunan enerji mənbələrinin inkişafı üçün istifadə etmək deyil, xarici özəl şirkətləri cəlb etməkdir.

“Biz bunu bacardıq. Son dörd il ərzində biz bir neçə yeni qanunvericilik aktı hazırlamışıq və bununla da özəl investorlar üçün əlverişli şərait yaratmışıq. Bunun nəticəsində son iki ildə bir neçə şirkətlə müqavilə imzalamışıq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti