...

SOCAR gəmiçilik sektoru üzrə yeni saziş bağlayıb

Energetika Materials 19 Oktyabr 2023 18:00 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "AD Ports Group" (Əbu-Dabi) Dəniz Nəqliyyatı və Əməliyyat Klasterinə daxil olan "SAFEEN Group" arasında Anlaşma Memorandumu imzalanıb.

Trend bu barədə "SAFEEN Group" a istinadən xəbər verir.

Sazişin şərtlərinə görə, şirkətlər Azərbaycanın dənizçilik və gəmiçilik sektorlarında bir sıra istiqamətlər üzrə əməkdaşlıq edəcək.

Məlumata görə, hər iki tərəf Azərbaycanda dəniz landşaftını yaxşılaşdırmaq və hər iki tərəfin iqtisadi və strateji layihələrini dəstəkləmək məqsədilə geniş spektrə malik dənizçilik və logistika xidmətləri göstərmək üçün özünün güclü tərəflərindən və geniş təcrübəsindən istifadə etməyə çalışır

"Buraya neft və neft məhsullarının nəqli, infrastrukturun inkişafı və digər yük daşımaları daxildir. Şirkətlər sahil və dəniz logistikasının modernizasiyasını dəstəkləyəcək və Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində hədəflərini təşviq edərək külək enerjisi layihələrinə xüsusi diqqət ayıracaq", - şirkətdən bildiriblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti