...

OKTƏYARDA NOVOROSSİYSKDƏN 680 MİN TON AZƏRBAYCAN NEFTİ YOLA SALINACAQ

Energetika Materials 30 Sentyabr 2005 16:36 (UTC +04:00)

Oktyabrda Novorossiysk limanı vasitəsilə Bakı-Novorossiysk boru kəməri ilə axıdılan və ümumi həcmi 680 min ton olan Azərbaycan nefti yola salınacaq. Novovrossiysk limanına yaxın olan mənbənin Trend ə verdiyi məlumatda bildirilir ki, qrafikə görə, oktyabrın 21-22-də 1N-li körpüdən Dövlət Neft Şirkətinin (ARDNŞ) keçirdiyi tender vasitəsilə Mercuria Energy Trading şirkəti tərəfindən alınan 145 min ton neft yola salınacaq. Bundan əlavə, oktyabrın 27-28-də və 29-30-da Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları ümumi həcmi 280 min ton (hər biri 140 min ton olmaqla) olan iki neft partiyasını tankerlərə yükləyəcəklər.

Mənbələr həmçinin bildirirlər ki, oktyabrda Novorossiyskdəki 2N-li körpüdən ümumi həcmi 255 min ton olan hər birində 85 min ton neft olmaqla (oktyabrın 8-9-da, 24-25-də və 30-31-də) 3 tanker partiyası yola salınması planlaşdırılır. Partiyalardan biri bu həftə keçiriləcək ARDNŞ-in tenderində satılacaq.

2005-ci ilin əvvəlindən ARDNŞ-in tenderlərilə Novorossiyskdən ən çox neft LUKOIL (464 min ton), sonra Mercuria Energy Trading (394 min ton), Glencore (302 min ton), Sun Oil (164 min ton), Arcadia və Total (hər biri 140 min ton), Iitol, Bp Oil Trading və RD Shell (hər biri 80 min ton) tərəfindən alınıb.

Xəbər lenti

Xəbər lenti