"Azəri-Çıraq-Günəşli" müqavilə sahəsinin tərkibinə daxil olan "Çıraq" yatağında 1997-ci ilin noyabrından etibarən 326 mln. barel (44 mln. tondan çox) Azəri Light nefti hasil edilib. Trend bildirir ki, bu barədə Bp Azerbaijan şirkətinin məlumatında deyilir.
2005-ci ilin 11 ayı ərzində "Çəraq" platformasında təxminən 48 mln. barel (təxminən 6,5 mln. ton) neft hasil edilib. Hazırda burada təxminən 250 nəfər çalışır və bunların 85%-i Azərbaycan vətəndaşlarıdır.
Bu ilin əvvəlindən yataqda hasilat plan və istismarın səmərəliliyinə əsasən 96%-i ötüb. Bu il "Çıraq"da orta sutkalıq hasilatın 140 min bareli ötəcəyi, yüksək səviyyənin isə təxminən 160 min barel/sutki təşkil edəcəyi gözlənilir.
Məlumatda "Azəri" yatağına toxunularaq qeyd olunur ki, bu gün səkkiz öncəqazma quyusundan hasilat təqribən 240 min barel/sutka təşkil edir. Platformanın istismar səmərəliliyi 90% təşkil edir. Noyabrın sonuna "Mərkəzi Azəri"dən cəmi hasilat təxminən 39 mln. barel (təxminən 5,3 mln. ton) təşkil edib. Hasilatın artımı 2006-cı ildə davam etdiriləcək. Həmin vaxt qalan iki öncəqazma quyusu istismara veriləcək.
"Mərkəzi Azəri"də neftlə birgə hasil edilən səmt qazı Azərbaycana Səncəçal terminalında qazın emalı qurğusunu Azəriqaz QSC-nin milli qaz kəmərləri şəbəkəsi ilə birləşdirən yeni ixrac qaz kəməri ilə tədarük olunacaq. BP-nin prooqnozuna əsasən, ilin sonuna Səngəçal terminalından Azərbaycana qaz tədarükü 750 mln.m3-i ötməlidir.
"Çıraq" platformasında hasil edilən səmt qazı əvvəlki kimi, 16 düyməlik sualtı qaz kəməri ilə ARDNŞ-in "Neft Daşları"nda olan kompressor stansiyasına göndərilir.
2005-ci ildə Azərbaycana "Çıraq" platformasından 1 mlrd. m3-dən çox qaz veriləcək. Hazırda "Çıraq" və "Mərkəzi Azəri"dən .Azərbaycana 1,7 mlrd.m3 səmt qazı verilir.