...

Azərbaycan MDB-nin Elektrik Enerjisi Şurasının iclasında iştirak edir

Energetika Materials 19 May 2006 15:33 (UTC +04:00)

Bu gün Sankt-Peterburqda MDB-nin Elektrik Enerjisi Şurasının 29-cu iclası açılıb. "Azərenerji" SC-dən Trend ə verilən məlumata görə, Azərbaycanın nümayəndə heyətinə "Azərenerji"nin Mərkəzi Dispetçer İdarəsinin rəisi Nurəli Yusifbəyli başçılıq edəcək.

İclasın gündəliyinə MBD ölkələrində elektrik enerjisi sahəsində qarşılıqlı fəaliyyət, UCTE enerji sisteminin, MDB və Baltik ölkələrinin sinxron birləşdirilməsinin TİƏ-nın yaradılması, MDB şəbəkələri üzrə elektrik enerjisinin tranzitinin təşkili, Birlik dövlətlərinin ümumi elektrik enerjisi bazarı şəraitində sistem operatorlarının qarşılıqlı fəaliyyəti kimi məsələlər daxildir.

MDB-nin Elektrik Enerjisi Şurası və onun işçi orqanı olan İcraiyyə Komitəsi MDB dövlət başçılarının 1992-ci il fevralın 14-də imzaladıqları MDB-nin elektrik enerjisi sahəsində dövlətlərarası münasibətlərin koordinasiyası barədə Razılaşmaya əsasən yaradılıb.

Şuranın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna daxildir.

Xəbər lenti

Xəbər lenti