...

Naxçıvanda modul elektrik stansiyasının tikintisi üçün tələb olunan avadanlığın təxminən 80%-i gətirilib

Energetika Materials 19 İyul 2006 13:12 (UTC +04:00)

Modul elektrik stansiyasının tikintisi üçün tələb olunan avadanlığın təxminən 80%-i Finlyandiyadan Naxçıvan muxtar respublikasına gətirilib. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildiriblər. NMR Ermənistan tərəfindən blokadada olduğundan avadanlıqlar Türkiyə ərazisindən gətirilir.

Hazırda yalnız generatorları gətirmək lazımdır. Həmçinin NMR-ə ABB şirkətindən təxminən 80% avadanlıq gətirilib. Bu şirkət baş podratçı Wartsila şirkətinin subpodratçısı qismində çıxış edir.

Yaxın vaxtlarda stansiyanın su ilə təchiz olunması üçün Naxçıvandan gələn 5 km uzunluqlu su kəmərinin tikintisinin tamamlanması gözlənilir.

Stansiyanın bu ilin sonunda istismara verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti