...

Azərikimya DŞ 655 nəfəri işlə təmin edib

Energetika Materials 8 Avqust 2006 13:33 (UTC +04:00)

2006-cı ilin yanvar-iyul aylarında Azərikimya Dövlət Şirkətinin (DŞ) müəssisələrində 655 nəfər işlə təmin olunub. Bu barədə Trend ə DŞ-dən xəbər verilib. DŞ əməkdaşlarının orta aylıq maaşı 2005-ci ilin analoji dövrü ilə müqayisədə 50%-dən artıq qalxıb.

Dövlət qurumunda həmçinin qeyd ediblər ki, böyük artım templəri dövlət şirkətinin tərkibindəki müəssisələrin maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Onların hesabına sosial və istehsalat xarakterli bir sıra problemlər həll edilib.

Bundan başqa, bu dövr ərzində əvvəllər dövlət zəmanəti altında buxar-generator qurğusunun tikintisi üçün Yaponiyadan alınmış 2006-cı il üçün kredit məbləğinin müəyyən hissəsi ödənilib.

Xəbər lenti

Xəbər lenti