"LUKOYL" ASC və Sloveniyanın "Petrol" şirkəti Balkan ölkələri ərazisində neft məhsullarının satışı üçün müştərək müəssisənin yaradılması haqqında çərçivə sazişi bağlayıb. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.
Yeni MM-də 51% iştirak payı "Petrol" şirkətinə, 49% isə LUKOYL-a məxsus olacaq. MM paritet əsasda idarə olunacaq.
Həmçinin, "Petrol" şirkətinin MM-in nizamnamə kapitalına Sloveniya, Xorvatiya, Bosniya və Serbiyada YDS-ə malik 4 şirkətin səhmlərini də daxil etməsi nəzərdə tutulur. LUKOYL isə "LUKOYL-Beopetrol" (Serbiya) və "LUKOYL-Makedoniya" törəmə müəssisələrinin səhmlərini daxil edəcək.
MM-ə vəsaitlər aktivlərin müstəqil bazar qiymətləri əsasında qoyulacaq. Çatışmayan miqdar isə pul vəsaitləri ilə daxil ediləcək.
Çərçivə sazişi LUKOYL və Petrol-un müvafiq korporativ orqanları tərəfindən təqdir edilib. MM-in yaradılması üzrə sövdələşmənin başa çatması bir sıra ilkin şərtlərin yerinə yetirilməsi ilə şərtlənib. Tərəflər MM-in yaradılması üzrə işləri 2006-cı ilin sonunadək başa çatdırmağı planlaşdırır.
"MM-in yaradılması şərtləri qarşılıqlı faydalı idi, - deyə "LUKOYL" ASC-nin prezidenti Vahid Ələkbərov bildirib. "Biz Balkan ölkələri bazarında öz iştirakımızı genişləndirməkdə maraqlıyıq".