...

ARDNŞ-in "Abşeron" Qazma İşləri İdarəsi illik proqnozu yerinə yetirib

Energetika Materials 31 Avqust 2006 12:42 (UTC +04:00)

'Abşeron'' Qazma İşləri İdarəsi ilin əvvəlindən proqnozda nəzərdə tutulan 10 quyu əvəzinə 14 quyuda qazma işləri aparıb. Bunlardan biri kəşfiyyat, digərləri isə istismar quyularına aid olub. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in məlumatında deyilir.

Nəzərdə tutulmuş 9 quyu əvəzinə 12 quyuda qazma işləri başa çatdırılıb. 3 quyu isə hazırda mənimsəmədədir. ''Balaxanıneft'', ''Bibiheybətneft'' və H.Z. Tağıyev adına Neft və Qazçıxarma İdarələrinə 8 quyu əvəzinə 12 quyu təhvil verilib ki, həmin quyuların da gündəlik neft hasilatı təxminən 5 tondur. Yaxın günlərdə daha 2 quyunun istismara veriləcəyi gözlənilir.

Beləliklə, avqustun 29-na olan məlumata görə, İdarə 21310 metr qazma işləri yerinə yetirərək, illik proqnozu yerinə yetirib. Hazırda ''Abşeron'' qazma işlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti