...

Neft Fondu aparatında yeni idarə yaradılıb

Energetika Materials 12 Oktyabr 2006 15:46 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin aparatında yeni Kapital Qoyuluşları İdarəsi yaradılıb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Əvvəllər ARDNŞ-in neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyi rəhbərinin müavini vəzifəsində çalışmış Ağasəf Əliyev idarənin rəisi təyin edilib.

ARDNŞ-in mətbuat xidmətindən Trend ə verilən məlumata görə, yeni idarədə 3 şöbə fəaliyyət göstərəcək. İdarənin özü isə şirkət aparatında sayca 4-cüdür. Beləliklə, aparatda işlər, hüquq, maliyyə-iqtisadi və kapital qoyuluşları idarələri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti