...

Cahangir Əliyev: "McDermott"da azərbaycanlı işçilərin ixtisara salınması şirkətin işinin azalması ilə bağlıdır

Energetika Materials 12 Oktyabr 2006 19:17 (UTC +04:00)

"McDermott Caspian Contractors Inc" şirkətində azərbaycanlı işçilərin ixtisara salınması şirkətin özündə işlərin azalması ilə bağlıdır, hansısa başqa bir səbəb yoxdur, - deyə Trend ə Azərbaycanın neft və qaz sənayesi işçilərinin Həmkarlar İttifaqları Komitəsinin başçısı Cahangir Əliyev bildirib.

Onun sözlərinə görə, şirkət rəhbərliyi ilə vaxtaşırı görüşlər keçirilir və yaranmış vəziyyət müzakirə olunur.

Komitə başçısı bildirib ki, hazırda digər bir şirkətlə - Çinin "Great Wall Drilling" şirkəti ilə vəziyyət həll olunub. "Şirkət rəhbərliyi ilə görüşdən sonra problemin həlli ilə bağlı razılıq əldə olunub", - deyə C. Əliyev bildirib.

"İndi işçilər şirkətdə əvvəlki kimi öz fəaliyyətlərini davam etdirirlər və gələcəkdə burada da həmkarlar ittifaqları komitəsinin təsis ediləcəyi istisna olunmur", - deyə C. Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti