2006-cı ilin oktyabrında dövlətə ölkə yataqlarından hasil edilmiş 515 mln. 361 min kub metr qaz təhvil verilib. Bu həcmin 386 mln. 588 min kub metri ARDNŞ-in (müştərək müəssisə və əməliyyat şirkətləri ilə birlikdə), 128 mln. 733 min tonu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşür. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-dən məlumat verilib.
Yanvar-oktyabr ərzində təhvil verilmiş qazın ümumi həcmi 4 mlrd. 859 mln. 780 min kub metr təşkil edib. Bu həcmin 3 mlrd. 015 mln. 196 min kub metri ARDNŞ-in (müştərək müəssisə və əməliyyat şirkətləri ilə birlikdə), 1 mlrd. 844 mln. 584 min tonu ABƏŞ-in payına düşür.