...

Azərbaycan Dövlət Neft Şirkəti "Muradxanlı" quru yatağında quyu qazıb

Energetika Materials 5 May 2007 14:43 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) "Muradxanlı" yatağında quyunun qazılması işini başa çatdırıb. Bu barədə şənbə günü ADNŞ-dən məlumat verilib. Quyunun dərinliyi 3700 metr təşkil edir.

Hazırda quyuda təxminən 10 ton neft hasil olunur. Dövlət Neft Şirkəti hasilat həcmini artırmaq üçün işlər aparır.

"Muradxanlı" yatağı hazırda ləğv olunmuş "Muradhanli operating" əməliyyat şirkəti tərəfindən istismar olunub. Əməlliyat şirkətinin iştirakçıları "Ramco" şirkəti və ADNŞ olub. "Ramco" yataqda bir quyunun qazılmasına başlasa da, çətin geoloji vəziyyət səbəbindən işi dayandırmışdı. "Muradxanlı" quru yatağının işlənməsi üzrə müqavilə 21 iyul 1998-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti