...

"ConocoPhilips" neft şirkəti Azərbaycandakı filialını bağlayıb

Energetika Materials 17 İyul 2007 13:35 (UTC +04:00)
"ConocoPhilips" neft şirkəti Azərbaycandakı filialını bağlayıb

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev / "ConocoPhilips" şirkətindən verilən məlumata görə, şirkət 2007-ci il sentyabrın 30-u tarixindən Azərbaycanda fəaliyyətinin dayandırılması və filialının bağlanması barədə bəyan edib. "ConocoPhilips"in filialının ödəyəcəyi bütün hesablar elan nəşr edildiyi andan 62 gün ərzində təqdim olunmalıdır (17 iyul, 2007-ci il).

"ConocoPhilips" şirkəti hazırda "Bakı - Tbilisi - Ceyhan" ixrac kəməri layihəsində iştirakın 2,5%-nə malikdir. Bundan başqa, şirkət həmçinin bağlı layihə olan "Zəfər-Məşəl"də də iştirak edib (20%).

"ConocoPhilips"dən çərşənbə axşamı verilən məlumata görə, şirkətin Bakı ofisinin bağlanması BTC layihəsində şirkətin iştirakına təsir etməyəcək.

"Bizim BTC neft layihəsində iştirak payımız isə şirkətin digər ofisləri tərəfindən idarə olunacaq" - deyə "ConocoPhilips"in nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti