...

ARDNŞ qaz emalı zavodunun yüklənməsini artıracaq

Energetika Materials 20 İyul 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan Qaz Emal Zavoduna (AZQEM) qaz verilməsi üçün yeni kəmərin tikilməsini ilin sonuna qədər başa çatdırmaq niyyətindədir. Bu barədə cümə günü ARDNŞ-dən məlumat verilib.

Kəmərin "Neft Daşları" dəniz yatağından birbaşa AzQEM-ə qədər uzadılması nəzərdə tutulur. Hökumətdən bildiriblər ki, ARDNŞ-in hasil etdiyi qazın emala verilməsi üçün kəmər lazımdır. Hazırkı kəmər bunun üçün kifayət deyil.

Azərbaycan qaz emal zavodu 1961-ci ildə istismara verilib. 6 qaz emalı qurğusundan başqa, qaz-kondensat emalı qurğusu (illik 675 min ton hgücündə) və qeyri-stabil benzin qarışığı qurğusu quraşdırılıb (illik 600 mnin ton gücündə). Zavoddakı texnologiya maye qaz, ağ neft qarışığı (qaz emalı qurğusu üçün reagent), ağır kondensat (neft emalı zavodu üçün xammal) və qaz benzini (Sumqayıt neft-kimya kompleksi üçün xammal) almaq mümkündür. Əvvəlcə AzQEM-ə qaz və kondensat Qaradağ yatağından verilirdi. Daha sonra xammal axınına Azərbaycanın dəniz neftçilərinin hasil etdiyi təbii və dəm qazı əlavə olundu.

AzQEM 1961-ci ildə istismara verilib. Müəssisə ildə 6,5 mlrd. kubmetr qaz emal etmək üçün nəzərdə tutulub, real gücü isə 5,4 mlrd. kubmetr qazdır.

AzQEM-in əsas məhsulu quru qaz, benzin qazı, texniki butan və ağır kondensatdır.

İyunun birindən zavod yenidən Azərbaycan Dövlət Neft Şirkətinə verilib. Hökumətdən bildiriblər ki, ARDNŞ müəssisənin yenidənqurulmasını həyata keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti