...

Timur Kulibayev "Samruk" SC-nin idarə heyətinin sədr müavini vəzifəsindən azad olunub

Energetika Materials 28 Avqust 2007 16:52 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Timur Kulibayev "Qazaxıstanın dövlət aktivlərinin idarə olunması üzrə "Samruk" holdinq" SC-nin idarə heyətinin sədr müavini vəzifəsindən azad olunub

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu barədə sərəncamı çərşənbə axşamı respublikanın rəsmi mətbuatında dərc olunub.

40 yaşlı Kulibayev bu vəzifədə demək olar holdinq yaradılandan 2006-cı ilin əvvəlindən işləyirdi.

Məlumatda Kulibayevin vəzifədən azad olunma səbəbi göstərilməyib, onun yeni iş yeri də həmçinin hələ naməlumdur.

Kulibayev dövlət başçısının ortancıl qızı Dinara ilə evlidir.

"Samruk" dövlət holdinqi ötən ilin yanvar ayında Qazaxıstanın bir sıra iri şirkətlərdəki dövlət payının idarə olunması üçün prezidentin fərmanı ilə yaradılıb.

Ötən həftə dövlət başçısının qərarı ilə holdinqin rəhbəri vəzifəsində əvvəlcə elktrik şəbəkələrinin idarə olunması üzrə milli şirkətə KEGOC rəhbərlik edən Kanat Bozumbayev təyin olunub. Holdinqin idarə heyətinin keçmiş sədri Sauat Mınbayev energetika və mineral ehtiyatlar naziri vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti