...

Azərbaycan bir sıra rayonların elektrik paylaşdırıcı şəbəkələrini idarəetməyə verəcək

Energetika Materials 8 Sentyabr 2007 12:10 (UTC +04:00)
Azərbaycan bir sıra rayonların elektrik paylaşdırıcı şəbəkələrini idarəetməyə verəcək

Azərbaycan, Bakı, / Trend / Azərbaycan "Sumqayıtelektrikşəbəkə" ASC və "Şəki regional elektrik təchizatı" MMC-nin tərkibinə daxil olan elektrik paylaşdırıcı şəbəkələri idarəetməyə verəcək. Bu barədə sərəncamı Azərbaycani prezidenti İlham Əliyev imzalayıb.

ASC-nin tərkibinə Sumqayıt şəhərinin, MMC-nin tərkibinə isə Şəki, Qax, Balakən, Zaqatala və Oğuz rayonlarının (Azərbaycanın şimal-qərb hissəsi) elektrik paylaşdırıcı şəbəkələri daxildir.

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə paylaşdırıcı şəbəkələrin idarəetməyə verilməsi ilə bağlı açıq müsabiqə keçirmək və müsabiqənin qalibi ilə müqavilə bağlamaq tapşırılıb.

Şəbəkələrin idarəyə verilməsi investisiyaların cəlb edilməsi, regional elektrik təchizatı şəbəkələrinin fəaliyyətinin sağlamlaşdırılması, infrastrukturun restrukturizasiyası, elektrik enerjisi sahəsində ödəmələrin şəffaflığının daha da artırılması və əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

Əvvəllər isə Sumqayıt şəhərinin elektrik paylaşdırıcı şəbəkələri Türkiyənin "Barmek" şirkətinin idarəsində olub, lakin müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi səbəbindən bu şirkətlə imzalanmış müqavilə pozulub və şəbəkələr dövlətin idarəsinə qaytarılıb. Şəki regional şəbəkələrinin idarəsi ilə isə "Bayva" şirəkti məşğul olub, lakin şirkət investisiya qoymaq üçün maliyyə imkanlarının olmaması səbəbindən şəbəkələri idarə etməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti