Bakı. Taleh Mursaqulov - Trend:
2018-ci ildə Azərbaycan manatı dünyada ən sabit valyutalardan biri olub.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mətbuat konfransında deyib.
V.Qasımlı qeyd edib ki, 2018-ci ildə Azərbaycan manatı Türkiyə lirəsinə nisbətdə 29 faiz, İran rialına nisbətdə 3 faiz, Ukrayna qrivnasına nisbətdə 2 faiz, Gürcüstan larisinə nisbətdə 4 faiz, Qazaxıstan tengesinə nisbətdə 16 faiz, Rusiya rubluna nisbətdə 18 faiz, Çin yuanına nisbətdə 6 faiz, ABŞ dollarına nisbətdə 1 faiz və avroya nisbətdə 5 faiz möhkəmlənib.