...

Azərbaycan Beynəlxalq Bankının “Mətbuat” şöbəsi yeni ünvanda (FOTO)

Maliyyə Materials 21 Avqust 2020 20:59 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının “Mətbuat” şöbəsi yeni ünvanda (FOTO)

Bakı. Trend:

Filialların transformasiyası çərçivəsində Azərbaycan Beynəlxalq Bankı xidmət ofislərinin müasirləşdirilməsini davam etdirir. Bankın “Mətbuat” şöbəsi yeni ünvanda fəaliyyətə başlayıb. Şöbə bundan sonra müştərilərə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 217/73 ünvanında xidmət göstərəcək. Geniş ərazidə yerləşən, müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Məqsəd effektivliyin artırılması, müştərilərə daha əlçatan olmaq və onların məmnuniyyətinin əldə edilməsidir. “Mətbuat” şöbəsində müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası prosesinin Bankın inkişaf strategiyasında xüsusi yer tutduğunu qeyd edib: “Bankımız yenilənməkdə davam edir. Çalışırıq ki, müştərilərimiz bunu təkcə xidmət ofislərimizin zahiri görkəmində, müasir şəraitində deyil, onlara göstərdiyimiz xidmətin keyfiyyətində də hiss edə bilsinlər. Azərbaycan Beynəlxalq Bankı filial və şöbələrini müasirləşdirməklə yanaşı, məsafədən xidmət imkanlarını da genişləndirir. Fərdi və korporativ müştərilərimiz bu imkanlardan istifadə edərək bir çox bank məhsul və xidmətlərindən banka gəlmədən, onlayn qaydada da istifadə edə bilərlər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti