Bakı. Zeyni Cəfərov - Trend:
2021-ci il iyulun 1-ə olan vəziyyətə görə Azərbaycanda pul bazası 13,803 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir
Ötən ayla müqayisədə pul bazası 0,4 faiz və ya 53,8 milyon manat azalıb.
Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 22,7 faiz və ya 2,55 milyard manat artıb.
(Tərcümə: Orxan Nəbiyev)