...

Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir

Maliyyə Materials 27 Yanvar 2022 13:24
Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Ziraat Bank Azərbaycan 2021-ci ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən real sektora təqdim edilən kreditlərdə və cəlb edilmiş tələbli və müddətli əmanətlərdə əhəmiyyətli artım müşahidə edilmişdir.

Açıqlanmış maliyyə hesabatlarına əsasən bankın 2021-ci il üzrə xalis mənfəəti ötən il ilə müqayisədə 3.3 dəfə artaraq 7 mln. manatı keçmişdir. Bankın aktivləri isə ötən ilin analoji dövrü ilə müqayisədə 30% artaraq 388 mln. manata yüksəlmişdir. Bankın məcmu kapitalı 11 % artaraq 78 mln. manatı keçmişdir ki, bu da banklar üçün tələb olunan minimal kapital tələbini 56% üstələyir.

Təqdim edilən maliyyə nəticələrinə əsasən Bankın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən il ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilir. Belə ki, xalis faiz gəliri 48.3% artaraq 14 mln. manatı, qeyri-faiz gəlirləri isə 22% artaraq 8 mln. manatı keçmişdir. Qeyd edək ki, bankın xalis əməliyyat gəlirində də ötən ilin analoji dövrü ilə müqayisədə 55.6 % artım müşahidə edilib.

Diqqəti çəkən məqamlardan digəri isə bankın hüquqi şəxslərə təqdim edilən bütün məhsulları üzrə hesabatda artımın müşahidə edilməsidir. Belə ki, hüquqi şəxslərə təqdim edilən biznes kreditləri 2020-ci ilin IV rübü ilə müqayisədə 46% artaraq 226 mln. manatı üstələmiş, müddətli əmanətləri isə 2 dəfə artaraq 39 mln. manata çatmış, tələbli əmanətləri 70% artaraq 99,4 mln. manatı keçmişdir.

Qeyd edək ki, Ziraat Bank Azərbaycanın real sektora xarici ticarət əməliyyatlarda təqdim etdiyi keyfiyyətli xidmət nüfuzlu Global Finance nəşri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2021-ci ilin nəticələrinə əsasən Global Finance nəşri Ziraat Bank Azərbaycanı “İlin ən yaxşı xarici ticarət xidməti təqdim edən” elan etmişdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən Bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur. Yaxın günlərdə Bakı şəhərində bankın say etibarı ilə 7-ci olan “Səməd Vurğun” filialının açılışı planlaşdırılır.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Linkedin, Instagram, Twitter, Facebook sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti