...

Avrasiya Patent İdarəsinin prezidenti "yaşıl" enerji sahəsində əsas problemdən danışıb

Yaşıl iqtisadiyyat Materials 5 İyun 2024 19:50 (UTC +04:00)
Avrasiya Patent İdarəsinin prezidenti "yaşıl" enerji sahəsində əsas problemdən danışıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl" enerji sahəsində əsas problem bərpa olunan enerji ilə işləyən qurğuların gücünün kifayət qədər olmamasıdır.

Trend xəbər verir ki, bu barədə Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev 29-cu Bakı Enerji Forumu çərçivəsində "Dayanıqlı enerjinin inkişafı: Xəzər regionunda "yaşıl" enerji potensialı" mövzusunda panel müzakirəsində deyib.

"Yaşıl" enerji sahəsində əsas problem bərpa olunan enerji ilə işləyən qurğuların gücünün kifayət qədər olmamasıdır ki, bu da onların zəif enerji təchizatı ilə əlaqəlidir. İxtiraçılar aktiv şəkildə bu problemin həllini axtarır. Bunun bariz nümunələrindən biri Belarusdan olan ixtiraçı tərəfindən qeydə alınmış Avrasiya patentidir. Söhbət unikal konstruksiyası sayəsində həm quruda, həm də havada hərəkət edə bilən hava avtomobilindən gedir. Bu ixtira qənaətli enerji sərfiyyatını və istismar zamanı qurğunun şarj imkanını təmin edir", - o deyib.

Qeyd edək ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən biri - 29-cu Bakı Enerji Forumu keçirilir.

Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.

Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti