Azərbaycan, Bakı, 29 may/ Trend / Hewlett Packard (HP) Korporasiyası DNS Computers şirkəti ilə birlikdə Azərbaycanda "Milli noutbuk" Proqramını həyata keçirməyi planlaşdırır. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi xəbərə görə, Proqram nazirliyin hazırda İntel və Microsoft ilə birgə işlədiyi "Xalq kompüteri" layihəsinə dəstək üzrə təşəbbüs kimi reallaşdırılacaq.
"Xalq kompüteri"nin məqsədi ölkənin aztəminatlı əhalinin güzəştli şərtlərlə kompüterlərlə təmin edilməsi və yerli istehsalın genişləndirilməsidir.
"Milli notubuk" "Təhsil bizim gələcəyimizdir" şüarı altında keçiriləcək. Proqramın məqsədi Azərbaycanda kompüterləşmənin və kompüter biliklərinin artırılmasıdır.