Azərbaycan, Bakı, 18 sentyabr/ Trend /Azərbaycanın mobil rabitə operatoru Azerfon MMC (ticarət markası Nar Mobile) cümə günü xüsusi olaraq Ali məktəb tələbələri üçün işlənib hazırlanmış yeni tarif planını təqdim edib. Şirkətdən verilən məlumata görə, tarif planı tələbələrə öz aralarında sərfəli ünsiyyət qurmağa unikal imkanlar təklif edir.Tarif planında 1 dəqiqə danışıq vaxtının və 1 SMS-in qiyməti cəmi 3 qəpikdir.
Sərfəli qiymətlərdən başqa, hər bir sessiyanın başlanğıcında - dekabrın 1-dən yanvarın 31-dək və may 1-dən iyunun 30-dək Tələbə Tarif Planının bütün abunəçilərinin balanslarına 3 MB GPRS-trafik və 30 MMS şəklində bonuslar yüklənəcək.
Tələbə Tarif Planına qoşulmaq üçün Nar Mobile Mərkəzlərində və ya rəsmi diler və distribütor mağazalarında şəxsiyyəti təsdiq edən sənədi və tələbə biletini təqdim etmək lazımdır.
Əsas xidmətlər Abunə haqqı Tələbələr arasında zənglərin bir dəqiqəsi Tələbələr arasında SMS-mesaj Şəbəkədaxili zənglərin bir dəqiqəsi Ölkədaxili digər operatorlarına zənglərin bir dəqiqəsi SMS MMS GPRS (100kb) |
Qiyməti, AZN 0 0,03 0,03 0,07 0,15 0,06 0,10 0,10 |
Sessiyaya hədiyyə GPRS MMS |
Bonuslar 3 MB 30 |
AZERFON MMC kommersiya fəaliyyətinə 2007-ci il martın 21-dən Nar Mobile ticarət nişanı ilə başlayıb. Operatorun abonentlərinin sayı 650 min nəfərdən çoxdur.