...

"Azercell Telecom" müştərilərinə növbəti yenilik təqdim edib

Telekommunikasiya Materials 1 May 2009 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend /

Mobil rabitə operatoru "Azercell Telecom" müştərilərinə növbəti yenilik təqdim edib. Məlumatda deyildiyi kimi, bundan sonra SimSim, GəncSim və BiznesSim abunəçilərinin istifadə etdiyi kartın müddəti bitəndən sonra xətləri 180 gün birtərəfli açıq qalacaq.

Əvvəllər kartın istifadə müddəti bitdikdən sonra abunəçilərin xətti birtərəfli qaydada 120 gün müddətində açıq qalırdı. İndi bu müddət 60 gün artırılıb.

Beləliklə SimSim, GəncSim və BiznesSim abunəçilərinin istifadə etdiyi kartın müddəti bitəndən sonra xəttləri il yarım açıq qalacaq. Bu müddət ərzində abunəçi istənilən nominallı kart yüklədikdə mobil rabitə xəttini yenidən ikitərəfli qaydada aktivləşdirə bilər.

"Azercell Telecom" Azərbaycanın ən iri GSM operatoru olmaqla 3,5 milyon abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti