...

Azərbaycanın poçt rabitəsi operatorunun avtomatlaşdırılmış sistemi ITU Telecom World 2009-da nümayiş etdiriləcək

Telekommunikasiya Materials 5 Oktyabr 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir H.Vəliyev/

"Azərpoçt" MMC-nin avtomatlaşdırılmış koprorativ-informasiya sistemi Cenevrədə keçirilən ITU Telecom World 2009 sərgisində nümayiş etdiriləcək. Bu barədə "Azərpoçt"un məlumatında deyilir.

Hazırda MMC tərəfindən ödəmələrin qəbul modullarının və əsas mühasibat kitabının tətbiqi üzrə işlər tamamlanıb. Bakı şəhərinin altı poçt filialının mühasibat sistemi avtomatlaşdırılmış korporativ-informasiya sisteminə tamamilə inteqrasiya edilib. Regional səviyyədə sistemə 21 poçt şöbəsi və Gəncənin 19 poçt filialı qoşulub. Şöbələrdə pul köçürmələrini və nağd olmayan hesabları həyata keçirməyə imkan verən modullardan istifadə olunur.

Depozit modulları və "İnternet bankinq" modulunun tətbiqi üzrə işlər başa çatır. Paralel olaraq "Xəzinə" modulunun təhlili həyata keçirilib. "Xəzinə" modulunun bir hissəsi olan "Pul bazarı" və "Valyuta bazarı" modulları valyutaların alqı-satıqısı və konvertasiya (FOREX) prosedurlarının avtomatlaşdırılması, sövdələşmələrin bağlanması yolu ilə pul vəsaitlərinin cəlb olunması və yerləşdirilməsi (Money Market) və s. üçün nəzərdə tutulub.

Beynəlxalq Telekommunikasiya İttifaqının ITU Telecom World 2009 sərgisi bu gün Cenevrədə öz işinə başlayıb və oktyabrın 9-dək davam edəcək. Sərgi "Açıq şəbəkələr - birləşmiş ağıllar" şüarı altında keçirilir. Azərbaycanın sərgidəki nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov başçılıq edir.

Sərginin işində təxminən 40 ölkədən 25 milli pavilyon da daxil olmaqla 700 şirkət iştirak edir. 140 ölkədən olan peşəkar qonaqların sayı 40 min nəfərdən çoxdur. Onlar arasında təxminən 150 ölkədən 1000 VIP qonaq (nazirlər, nazirlik nümayəndələri, səfirlər, baş direktorlar, icraçı direktorlar) yer alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti