...

Azərbaycanın mobil rabitə operatoru Londonda investisiya sammitində iştirak edib

Telekommunikasiya Materials 12 Dekabr 2009 15:02 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" dekabrın 8-10-da Londonda keçirilmiş I Beynəlxalq Azərbaycan İnvestisiya sammitinin işində iştirak edib.
Azərbaycanın mobil rabitə operatoru Londonda investisiya sammitində iştirak edib

Azərbaycan, Bakı, 12 dekabr / Trend /

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" dekabrın 8-10-da Londonda keçirilmiş I Beynəlxalq Azərbaycan İnvestisiya sammitinin işində iştirak edib. Bu barədə şirkətin məlumatında deyilir.

Sammit zamanı məruzə ilə çıxış edən "Azercell" şirkətinin informasiya-kommunikasiya texnologiyaları şöbəsinin direktoru Orxan Buday dinləyicilərin diqqətinə Azərbaycanın iqtisadi mühiti haqqında, respublikanın qeyri-neft sektorunun lideri kimi "Azercell" şirkətinin fəaliyyəti və uğurları barədə məlumatlar çatdırıb.

Sammitin işində 50-dən çox tanınmış ekspert iştirak edib. "Azərbaycan səhmdarlarını nə cəlb edir?" mövzusuna dair diskussiya keçirilib və əhəmiyyətli investisiya potensialı olan sahələr, xüsusilə də Azərbaycanın inkişaf etmiş kənd təsərrüfatı və yeyinti sənayesi sektoru, telekommunikasiya və informasiya texnologiyaları sektoru, tikinti və daşınmaz əmlak və s. iqtisadiyyat sektorları analiz edilib.

Xəbər lenti

Xəbər lenti