Azərbaycan, Bakı, 7 aprel /Trend/
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC "Daş - bizi qədimdən bugünə qədər daşıyan vasitədir" mövzusunda ən yaxşı məqalə müsabiqəsi elan edib. Bu barədə şirkətin məlumatında deyilir.
Müsabiqə aprelin 5-dən 30-na kimi keçirilir. İştirakçıların qeydiyyatı aprelin 9-da başa çatacaq.
13 illik fəaliyyəti ərzində "Azercell" hər zaman Azərbaycanın milli və mədəni dəyərlərini qoruyub, müdafiə edib. Şirkətdə dəyişikliklər və yeniliklər ərəfəsində jurnalistlər tərəfindən "Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir" mövzusunda məqalənin hazırlanması ideyası təsadüfi deyil. Şirkət hesab edir ki, hələ qədim zamanlardan daş insanların həyatında xüsusi rol oynayıb və istənilən təşəbbüslərin əsasını təşkil edir. Qədimliyin mədəni və mənəvi irsinin mühüm hissəsini tarixi abidələr təşkil edir. Azərbaycan tarixində və mədəniyyətində bu aspektin dərindən araşdırılması və təbliğatı məqsədilə "Azercell Telecom" jurnalistləri keçirilən müsabiqədə iştiraka dəvət edir. Qalibləri qiymətli hədiyyələr və mükafatlar gözləyir.
Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyat formasını dolduraraq, aprelin 9-na kimi [email protected] ünvanına göndərməlidir. Məqalələr Azərbaycan və rus dillərində qəbul olunur.
Əlavə məlumat almaq üçün əlaqə: (050) 231-02-02.
Aprelin 9-dan sonra göndərilən qeydiyyat üçün ərizələr qəbul olunmayacaq.
Qeydiyyat forması:
|
Ad və soyad: |
|
|
Doğum tarixi: |
|
|
Mətbu orqanın adı: |
|
|
Sizin vəzifəniz: |
|
|
Baş redaktorun ad və soyadı: |
|
|
E-mail ünvanı: |
|
|
Əlaqə nömrəsi: |