...

Göyçayın təhsil ocaqları AzEduNet təhsil şəbəkəsinə qoşulublar

Telekommunikasiya Materials 4 İyun 2010 18:55 (UTC +04:00)
Göyçayın mərkəzi təhsil ocaqları AzEduNet təhsil şəbəkəsinə qoşulub. Bu barədə Trend-ə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.
Göyçayın təhsil ocaqları AzEduNet təhsil şəbəkəsinə qoşulublar

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H.Vəliyev/

Göyçayın mərkəzi təhsil ocaqları AzEduNet təhsil şəbəkəsinə qoşulub. Bu barədə Trend-ə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, AzEduNet-ə qoşulma işləri Aztelekom İstehsalat Birliyi tərəfindən həyata keçirilib.

Bu gün rayonun bütün mərkəzi orta təhsil müəssisələri operatorun avtomat telefon stansiyalarında quraşdırılmış transmissiya avadanlığının köməyi ilə yüksəksürətli genişzolaqlı internet şəbəkəsinə qoşulub.

İlin axırına qədər AzEduNet şəbəkəsinə 500 orta təhsil müəssisəsinin qoşulması planlaşdırılır. Keçən il də elə bu qədər qoşulub. Layihə çərçivəsində 32 min lisenziyalı proqram alınıb. Məktəblərdə korporativ şəbəkə infrastrukturu işə salınıb və bununla əlaqədar olaraq idarəetmə və texniki nəzarət imkanı yaradılıb.

İlin axırına qədər məktəblərin internetə çıxışla təmin olunması, məktəb əməkdaşları üçün İT-treninqlərin təşkili, "bir müəllim üçün bir kompüter" layihəsinin genişləndirilməsi, məktəblərin netbuklarla təmin edilməsi və "Elektron məktəb" layihəsinə digər məktəblərin də cəlb edilməsi planlaşdırılır.

"Azərbaycan təhsil şəbəkəsi" layihəsi 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı çərçivəsində AzEduNet tərəfindən həyata keçirilir. Layihə çərçivəsində ölkə məktəblərini, təhsil ocaqlarını və Təhsil Nazirliyinin strukturlarını birləşdirən yüksəksürətli korporativ intranet şəbəkə yaradılır. Şəbəkə təhsil müəssisələrini Təhsil Nazirliyinin məlumat resurs mərkəzində yerləşdirilmiş elektron təhsil resursları və idarəetmə sistemlərinə sürətli çıxışla təmin edir.

Xəbər lenti

Xəbər lenti