...

Azərbaycanda İP resursların çatışmazlığı problemi hələ ki yoxdur - ekspert

Telekommunikasiya Materials 25 Avqust 2010 14:22 (UTC +04:00)
Azərbaycanda "İPv4" İnternet protokolundan yeni "İPv6" protokoluna keçidə ciddi şəkildə ehtiyac yoxdur. Bu barədə Trend-ə İnformasiya Problemləri Tədqiqat Mərkəzinin rəhbəri Yaşar Hacıyev bildirib.

Аzərbaycan, Bakı, 25 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "İPv4" İnternet protokolundan yeni "İPv6" protokoluna keçidə ciddi şəkildə ehtiyac yoxdur. Bu barədə Trend-ə İnformasiya Problemləri Tədqiqat Mərkəzinin rəhbəri Yaşar Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda İP resursların çatışmazlığı problemi hələ ki yaranmayıb; halbuki digər ölkələrdə bu məsələ artıq aktual xarakter daşıyır. Azərbaycanda yeni protokola keçid prosesi innovasiyalardan sonra başlaya bilər ki, bu da yalnız müsbət hal sayılır.

İnternet İCANN şəbəkəsində domen adların verilməsi üzrə beynəlxalq təşkilatın bəyannaməsinə əsasən, İnternet şəbəkəsində ünvan məkanı sürətlə bitmək üzrədir və yaxın yarım il ərzində azad İP ünvanların çatışmazlığı problemi yaranacaq. İCANN-ın hesablamalarına görə, bu gün İnternet şəbəkəsində 9 faizə yaxın azad İP-ünvan var və İP -ünvan çatışmazlığı problemindən uzaq olmaq üçün İCANN belə hesab edir ki, "İPv4" protokol versiyasının 32 milyard İnternet qovşağına nisbətdə, trilyonlarla qovşağı dəstəkləyən "İPv6" protokolunun tətbiq edilməsi vacibdir.

"İPv6" protokoluna keçid haqqında müzakirələr 2002-ci ildən bəri aparılır. Bununla yanaşı, İCANN İnternet ünvanlar sistemini dəyişməyə və yeniləməyə imkan verən yüksəksəviyyəli "gTLD" (generic top-level domain) ümumi domenlərinin genişləndirilməsi üzrə yeni təşəbbüs göstərib. Bu gün İCANN domen adlar çatışmazlığını aradan qaldıra biləcək güclü vasitə hesab edilən 250 yeni "gTLD" adların daxil edilməsi imkanlarını gözdən keçirir", - Hacıyev deyib.

Yeni "İPv6" protokolunun tətbiqi məsələsi İCANN-ın gündəmində mühüm olaraq qalır. Yeni protokola keçid tədricən baş verəcək və "İPv6"in İnternet şəbəkəsində əsas protokol kimi qalması üçün lazımi yayılma səviyyəsinə çatmalıdır.

"İPv6" protokoluna keçid "Dial up" xidmətini göstərən provayderlər üçün müəyyən çətinliklər yarada bilər.

Xəbər lenti

Xəbər lenti