...

Azərbaycanda "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 15,44 faiz artıb

Telekommunikasiya Materials 8 Noyabr 2010 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 239260 nəfər təşkil edir. Bu barədə "Facebakers" araşdırma şirkətinin noyabrın 5-nə olan vəziyyət üzrə hesabatında deyilir. Hesabat bazar ertəsi təşkilatın saytında dərc olunub.

Son ay ərzində Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı 15,44 faiz artıb.

"Facebook"un Azərbaycan seqmenti daxil olanlar reytinqində 96-cı yerdədir. "Facebook" şəbəkəsindən Azərbaycan əhalisinin 2,88 faizi istifadə edir, Azərbaycanın internet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin sayı 6,49 faiz təşkil edir.

İstifadəçilərin ümumi sayının 63 faizini kişilər, 37 faizini isə qadınlar təşkil edir.

Daxil olanların sayı üzrə birinci yer 18-dən 24 yaşadək (50 faiz) olan müştərilərə, demək olar, yarısı 25-dən 34-dək (26 faiz) yaş kateqoriyasından olanlara, üçüncü yer isə 35-dən 44-dək (9 faiz) yaş kateqoriyasından olan auditoriyaya məxsusdur. Altı faiz 35-44 və 13-15 yaş, iki faiz 45-54 yaş və yalnız bir faiz 65 və ondan yuxarı yaş kateqoriyasından olan istifadəçilərin payına düşür.

Azərbaycan "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayına görə MDB-nin Belarus (145420 istifadəçi), Qazaxıstan (140900), Moldova (120020), Ermənistan (92420), Qırğızıstan (27340) və Türkmənistan (6980) kimi ölkələrini qabaqlayır.

"Facebakers"in versiyasına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Böyük Britaniya, Türkiyə və Fransa daxildir.

"Facebook" istifadəçilərinin ümumi sayı 557 172 960 nəfər təşkil edir.

"Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb. Bu gün servisdən dünyanın 60 dilində, eləcə də Azərbaycan dilində istifadə olunur.

Xəbər lenti

Xəbər lenti