...

Azərbaycanda kabel televiziyası haqqında qanun hazırlanır – Milli Televiziya və Radio Şurasının sədri

Telekommunikasiya Materials 3 Dekabr 2010 12:21 (UTC +04:00)
Bu gün Azərbaycanda kabel televiziyası haqqında qanun yoxdur, lakin buna baxmayaraq, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən bu sahədə fəaliyyətin nizamlanması üçün qaydalar qəbul edilib. Bu barədə MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli bu gün Bakıda öz işinə başlayan "Azərbaycanda kabel televiziyasının inkişafı: Nailiyyətlər və perspektivlər" beynəlxalq konfransında bildirib.
Azərbaycanda kabel televiziyası haqqında qanun hazırlanır – Milli Televiziya və Radio Şurasının sədri

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Bu gün Azərbaycanda kabel televiziyası haqqında qanun yoxdur, lakin buna baxmayaraq, Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən bu sahədə fəaliyyətin nizamlanması üçün qaydalar qəbul edilib. Bu barədə MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli bu gün Bakıda öz işinə başlayan "Azərbaycanda kabel televiziyasının inkişafı: Nailiyyətlər və perspektivlər" beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, kabel televiziyası sahəsində qanunvericiliyin işlənib hazırlanması zəruridir və bununla əlaqədar hazırda iş aparılır.

"Güman edirəm ki, bu gün Azərbaycanda xüsusilə KATV1, BBTV, AiləTV, Connect TV kimi şirkətlər və digər kabel operatorları şəbəkəsi uğurla fəaliyyət göstərir və yaranan problemləri həll etmək üçün onların birləşməsi çox vacibdir. Bildiyiniz kimi, onların fəaliyyəti Azərbaycanda xarici televiziya kanallarının retranslyasiyası ilə bağlıdır və bu mənada onların müəyyən məsələləri birgə həll etmələri çox vacibdir. Ona görə də, bu gün Kabel Operatorları Assosiasiyası kimi təşkilatlara ehtiyac var", - Məhərrəmli bildirib.

Azərbaycanda kabel televiziyası xidmətləri təqdim edən "AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) və "SN Telekom" (SNTV kabel televiziyasının təsisçisi) şirkəti Azərbaycan Kabel Operatorları Assosiasiyası (AKOA) yaradıblar.

Yaradılan təşkilatın məqsədi ölkənin kabel televiziya operatorlarının fəaliyyətinin əlaqələndirilməsi; Azərbaycandakı telekommunikasiya bazarının bu seqmentinin iştirakçılarının fəaliyyətini tənzimləyən normativ aktların hazırlanmasında iştirak; ümumi problemlərin həllində iştirak; təcrübə mübadiləsi və başqalarından ibarətdir.

Xəbər lenti

Xəbər lenti