...

Azərbaycanın rabitə naziri özəl müəssisələrin fəaliyyəti üçün əlverişli şərait yaratmağı tapşırıb

Telekommunikasiya Materials 5 Fevral 2011 17:46 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları sektorunda korrupsiyaya qarşı mübarizədə səmərəliliyin artırılması məqsədilə vətəndaşlardan daxil olan müraciətlərə baxılmanın operativliyi artırılmalıdır. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin kollegiya iclasında deyib, - nazirliyin şənbə günü yayılan məlumatında deyilir.
Azərbaycanın rabitə naziri özəl müəssisələrin fəaliyyəti üçün əlverişli şərait yaratmağı tapşırıb

Azərbaycan, Bakı, 5 fevral/Trend/

Rabitə və informasiya texnologiyaları sektorunda korrupsiyaya qarşı mübarizədə səmərəliliyin artırılması məqsədilə vətəndaşlardan daxil olan müraciətlərə baxılmanın operativliyi artırılmalıdır. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin kollegiya iclasında deyib, - nazirliyin şənbə günü yayılan məlumatında deyilir.

O, özəl müəssisələrə azad və münbit şəraitin yaradılması, sahə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması və "qaynar xətt"in fəaliyyətinin və hüquqi maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyi ilə bağlı tapşırıqlar da verib.

İclasda rabitə birlik və müəssisələrində hüquqpozmalara şərait yaradan halların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, müəssisələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi, abunəçilərin hüquqlarının qorunmasına diqqətin artırılması, sahibkar və özəl şirkətlərə azad rəqabət mühitinin yaradılması, əmək haqlarının vaxtında verilməsi və bir sıra həlli vacib məsələlər barədə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti