...

Azərbaycanın CATEL rabitə operatorunun şəbəkəsindəki nasazlıq qismən aradan qaldırılıb

Telekommunikasiya Materials 4 Aprel 2011 14:32 (UTC +04:00)
Azərbaycanın CATEL rabitə operatoru şəbəkəsindəki nasazlıq qismən aradan qaldırılıb. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.
Azərbaycanın CATEL rabitə operatorunun şəbəkəsindəki nasazlıq qismən aradan qaldırılıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın CATEL rabitə operatoru şəbəkəsindəki nasazlıq qismən aradan qaldırılıb. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.

Şirkətdən deyildiyi kimi, hazırda bərpa işlərinin təxminən 70 faizi başa çatıb və bu istiqamətdə işlər davam edir.

İşlərin yerdə qalan hissəsinin bu günün ikinci yarısında başa çatacağı ehtimal olunur.

Şirkətin məlumatına görə, nasazlığa səbəb hələlik haqqında məlumat verilməyən yeni texnologiyaların tətbiqi olub.

CATEL rabitə operatoru şəbəkəsindəki ciddi nasazlıq cümə günü SDMA standartı üzrə işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex şəbəkəsi - 040 zona şifrəsi altında başlayan nömrələr) şəbəkədən ayrılmasına gətirib çıxarıb. Nəticədə şəbəkə abonentləri zəng vurmaq və qəbul etmək imkanından məhrum olublar.

Hazırda operatorun şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır, bunun təxminən 60 mini CDMA simsiz rabitə abonentləridir.

Şirkət həmçinin, simsiz rabitə şəbəkəsinin paytaxt və regional şəbəkəsinin genişləndirilməsi üzrə işlər həyata keçirir. CATEL-in əhatə dairəsinə Abşeron yarımadası, o cümlədən Bakı, Sumqayıt, Səngəçal, Ələt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabran, Xudat, Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara ilə yanaşı Masallı daxildir.

CATEL şirkəti öz abonentlərinə 800 MNz diapozonunda fəaliyyət göstərən CDMA 2000 1X mobil standartında mobil xidmətlər göstərir. CDMA standartı DSL genişzolaqlı çıxışa alternativdir və xüsusilə naqil çəkilişinin qiymətinin səmərəsiz yüksək olduğu ucqar rayonlarda əhalinin informasiyalardan (eləcə də İnternetdən) istifadəsini asanlaşdırmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti