...

İranda "Halal internet" şəbəkəsi yaradılır

Telekommunikasiya Materials 15 Aprel 2011 15:14 (UTC +04:00)
İranda "Halal internet" şəbəkəsinin yaradılması üçün bütün lazımi tədbirlər görülüb və bunun üçün "Iranian net" adlı konsersium yaradılıb.
İranda "Halal internet" şəbəkəsi yaradılır

İranda "Halal internet" şəbəkəsinin yaradılması üçün bütün lazımi tədbirlər görülüb və bunun üçün "Iranian net" adlı konsersium yaradılıb. Bunu İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədi deyib. Bu barədə Trend İranın IRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

"Halal internet" şəbəkəsinin istifadəyə verilməsi ilə elektron dövlət, elektron ticarət və elektron bank sahəsində böyük dönüş yaranacaq və ölkə daxilində bütün elektron xidmətlər həmin şəbəkə vasitəsilə həyata keçiriləcək", - Ağaməhəmmədi deyib.

O əlavə edib ki, beynəlxalq internet şəbəkəsi də daxili şəbəkə ilə paralel öz fəaliyyətini göstərəcək.

Ağaməhəmmədi təsis olunan "Iranian net" haqqında bildirib ki, konserisum ölkədə obtik-lif şəbəkə sahəsində fəaliyyət göstərəcək və onun işə başlaması ilə ölkədə internetin sürəti artırılacaq. "Konsersium optik-lif şəbəkə vasitəsilə ilkin mərhələdə 10 milyon istifadəçiyə xidmət göstərəcək", - vitse-prezidentin müavini deyib.

Xəbər lenti

Xəbər lenti