...

Azərbaycanın rabitə operatoru Sumqayıtda genişzolaqlı internet portlarının sayını artırır

Telekommunikasiya Materials 24 Sentyabr 2011 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Sumqayıt telekommunikasiya qovşağı üzrə genişzolaqlı internet portlarının sayını artırır. Bu barədə Trend-ə şənbə günü İB-dən bildirilib.

Hazırda operator 653/656/658 ATS-lərində 432 port saylı DSLAM-avadanlıqların quraşdırılması işlərini tamamlayıb.

643 saylı ATS-in ərazisində multimedia xidmətləri "Integrated Access Device" avadanlığından istifadə etməklə göstərilir.

Sumqayıt TKQ ATS-lərinin NGN şəbəkəsinə keçirilməsi işləri 2010-cu ilin birinci yarısının sonunda tamamlanıb. Gələcək nəsil şəbəkəsinin tətbiqi operatora nömrə tutumunu 56 min nömrəyə kimi artırmağa imkan verib. Hazırda şəhər TKQ tamamilə elektron varianta keçirilib.

NGN texnologiyalarının tətbiqi İB-nin prioritet vəzifələrindən biridir, operator bununla uzunmüddətli perspektivdə yeni xidmət sahələrinin artımını stimullaşdırmaq istəyir. Ənənəvi rabitə xidmətləri ilə yanaşı, şirkət multimedia xidmətləri (IP-telefon, genişzolaqlı internet, IP-TV və s.) də göstərəcək.

Xəbər lenti

Xəbər lenti