...

Nar Mobile-dan bütün cavanlara əla təklif - CavanNar tarifi

Telekommunikasiya Materials 8 Dekabr 2011 17:33 (UTC +04:00)
Elə indi CavanNar tarifinə qoşul və hər ay pulsuz danışıq, SMS və internet əldə et.
Nar Mobile-dan bütün cavanlara əla təklif - CavanNar tarifi

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Elə indi CavanNar tarifinə qoşul və hər ay pulsuz danışıq, SMS və internet əldə et.

Tarifə qoşulan gənclər hər ay bonus olaraq tarif daxilində 300 dəqiqə, şəbəkədaxili 300 SMS və 300 MB internet trafiki əldə edəcəklər.

CavanNar tarifinin abunəçiləri öz aralarında dəqiqəsi cəmi 2 qəpikdən danışa biləcəklər.

Tarifə qoşulmaq üçün şəxsiyyəti təsdiq edən sənədlə Nar Mobile Mərkəzlərinə və Nar Dünyası mağazalarına yaxınlaşmaq lazımdır.

CavanNar tarifinin qiymət cədvəli:

Tarifdaxili zəngin 1 dəqiqəsi

2

Şəbəkədaxili zəngin 1 dəqiqəsi

5

Şəbəkəxarici zəngin 1 dəqiqəsi

5

Videozəngin 1 dəqiqəsi

5

Ölkədaxili SMS

3

Ölkədaxili MMS

3

İnternet trafiki (200 KB)

5

Mobil TV (1 MB)

10

CavanNar tarifi daxilində təqdim olunan bonuslar haqqında məlumat almaq üçün *777#223#YES yığmaq lazımdır. CavanNar tarifinə yalnız 18-25 yaş arasındakı gənclər qoşula bilərlər. CavanNar tarifinin aylıq abunə haqqı 0.99 manatdır.

Əlavə məlumat üçün 777 nömrəsinə zəng edin və ya www.narmobile.az saytına daxil olun.

Xəbər lenti

Xəbər lenti