...

Azərbaycanın mobil operatoru telefonların enerji yığması üçün cihazlar quraşdıracaq

Telekommunikasiya Materials 17 Fevral 2012 18:45 (UTC +04:00)
Azərbaycanın "Bakcell" MMC mobil rabitə operatoru Bakının ictimai yerlərində mobil telefonların enerji yığması üçün cihazlar quraşdıracaq.
Azərbaycanın mobil operatoru telefonların enerji yığması üçün cihazlar quraşdıracaq

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Bakcell" MMC mobil rabitə operatoru Bakının ictimai yerlərində mobil telefonların enerji yığması üçün cihazlar quraşdıracaq. Bu barədə cümə günü Trend-ə "Bakcell" şirkətindən bildiriblər.

Bu cihazların quraşdırılması martda başlayacaq və onlardan paytaxtın 25 nöqtəsində (ticarət və əyləncə mərkəzləri və s.) istifadə etmək mümkün olacaq.

"Cihazlar eyni vaxtda müxtəlif modeldə olan 6 mobil telefonu enerji ilə doldurmağa imkan verir. İstifadəçilər 5-10 dəqiqə ərzində telefonlarını enerji ilə doldura bilərlər. Telefonların doldurulması üçün cihazlardan istifadə pulsuz olacaq", - şirkətdən qeyd ediblər.

Bundan başqa, cihazlarda bütün zəruri soraq-məlumat, habelə "Bakcell" tarifi və xidmətləri üzrə məlumat təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti