...

Azercell "Novruz 2012" kampaniyasına başladı

Telekommunikasiya Materials 19 Mart 2012 18:46 (UTC +04:00)
İki eyni nominalda SimSim danışıq kartı yükləyən abunəçilərə həmin nominalda üçüncüsü Azercell-dən hədiyyə ediləcək.
Azercell "Novruz 2012" kampaniyasına başladı

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Azercell Telekom" bu bayram da abunəçilərini hədiyyəsiz qoymur. Şirkət Novruz bayramı münasibətilə abunəçiləri üçün "Novruz 2012" kampaniyasına start verir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yalnız 2 gün - 20 və 21 mart 2012-ci il tarixlərində iki eyni nominalda SimSim danışıq kartı yükləyən Azercell Fakturasız Xətt abunəçilərinə həmin nominalda üçüncüsü Azercell-dən hədiyyə ediləcək.

Kampaniya çərivəsində verilən hədiyyə balans şəbəkəiçi istifadə üçün 7 gün ərzində etibarlıdır. Bundan əlavə, iki eyni nominalda kart bir gündə və ya iki ayrı gündə yüklənildikdə abunəçi kampaniyada iştirak edir. Kampaniya günlərində belə yükləmələrin sayına məhdudiyyət qoyulmur və abunəçi kampaniyadan bir neçə dəfə yararlana bilər.

Beləliklə, bayram günlərində Azercell-in sizlər üçün təqdim etdiyi bu kampaniyaya qoşulun və sevdiklərinizlə doyunca bayramlaşın!

Xəbər lenti

Xəbər lenti