...

Azərbaycanda internetə çıxış səviyyəsi orta dünya göstəricisindən iki dəfə yüksəkdir (FOTO)

Telekommunikasiya Materials 6 Aprel 2012 17:21 (UTC +04:00)
Azərbaycan Marketinq Assosiasiyası cümə günü Azərbaycanda informasiya texnologiyalarından istifadənin cari vəziyyəti üzrə araşdırmaların nəticələrini açıqlayıb.
Azərbaycanda internetə çıxış səviyyəsi orta dünya göstəricisindən iki dəfə yüksəkdir (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Marketinq Assosiasiyası cümə günü Azərbaycanda informasiya texnologiyalarından istifadənin cari vəziyyəti üzrə araşdırmaların nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, araşdırmanın nəticələri assosiasiyanın rəhbəri Rəhim Hüseynov tərəfindən təqdim edilib.

Assosiasiya İKT sektorunun prioritetliyini və ölkə iqtisadiyyatının inkişafının yüksək potensialını nəzərə almaqla son illər ərzində keçrilən islahatların araşdırılmasını aparıb.

Araşdırmalar göstərib ki, 2011-ci ildə respublika ərazisində əhalinin 56 faizinin minimum bir fərdi kompüteri var. Hər 100 nəfərə orta hesabla 22 kompüter düşüb.

Assosiasiyanın məlumatına görə, internetə çıxış səviyyəsi 68 faiz təşkil edib ki, bu da orta dünya göstəricilərini iki dəfə üstələyir.

Təqdimatda qeyd edilib ki, Ümumdünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycanın reytinqi 9 bənd yaxşılaşıb və ölkə dünyanın 142 ölkəsi arasında 61-ci yeri tutub.

Tədbir çərçivəsində, həmçinin son 5 il ərzində MDB ölkələrinin İKT bazarının icmalı təqdim edilib.

Assosiasiya tərəfindən Azərbaycanda İKT-dən istifadə üzrə keçirilən sosial sorğuda 5868 respondent iştirak edib.

"Sorğu zamanı, ilk növbədə, istifadə məsələsi və əhalinin İKT-yə münasibəti maraqlandırıb", - Hüseynov deyib.

Xəbər lenti

Xəbər lenti