...

Azərbaycanın elektron hökumət layihəsi "Açıq Hökumət Tərəfdaşlığı" sammitində təqdim olunub

Telekommunikasiya Materials 20 Aprel 2012 16:48 (UTC +04:00)
Azərbaycanın elektron hökumət layihəsi "Açıq Hökumət Tərəfdaşlığı" (AHT) təşəbbüsünün iştirakçı ölkələrinin illik sammiti çərçivəsində təqdim olunub.
Azərbaycanın elektron hökumət layihəsi "Açıq Hökumət Tərəfdaşlığı" sammitində təqdim olunub

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın elektron hökumət layihəsi "Açıq Hökumət Tərəfdaşlığı" (AHT) təşəbbüsünün iştirakçı ölkələrinin illik sammiti çərçivəsində təqdim olunub. Trend-in məlumatına görgə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

AHT sammiti 17-18 aprel tarixlərində Braziliyada keçirilib. Sammitdə iştirak edən Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik edib.

Sammitin ikinci günü "İnformasiya Şəffaflığı: Hökumətin Perspektivləri" sessiyasında ölkəmizdə İKT sahəsində aparılan uğurlu siyasəti forum iştirakçılarının diqqətinə çatdırmaq üçün nazir Abbasov çıxış edib. Çıxışda "Elekton hökumət" çərçivəsində dövlət təsisatlarının vahid sistem üzərindən idarəsi, həmçinin, nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri ücün şəffaf olmasının vacibliyi qeyd edilib.

AHT sammitinin Cənubi Qafqaz regionu üzrə Fəaliyyət Planının təqdimatı üzrə plenar iclasda ölkəmizin milli fəaliyyət planı forum iştirakçılarının diqqətinə çatdırılıb.

"Açıq Hökumət Tərəfdaşlığı" təşəbbüsü 2011-ci ilin sonunda BMT Baş Assambleyasının 66-cı sessiyasında start götürüb.

Xəbər lenti

Xəbər lenti