...

Sığortaçılar haqqında məlumat bazası AMB-nin kütləvi ödənişlər üzrə informasiya sisteminə inteqrasiya edilib

Telekommunikasiya Materials 29 İyun 2012 13:44 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) orqanlarının uçot informasiya bazası Azərbaycan Mərkəzi Bankı (AMB) yanında "Komis" (kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi) sisteminə inteqrasiya edilib.
Sığortaçılar haqqında məlumat bazası AMB-nin kütləvi ödənişlər üzrə informasiya sisteminə inteqrasiya edilib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) orqanlarının uçot informasiya bazası Azərbaycan Mərkəzi Bankı (AMB) yanında "Komis" (kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi) sisteminə inteqrasiya edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə DSMF-nin sədri Səlim Müslümov bildirib.

"Bu gün DSMF və AMB arasında AzDATACOM şəbəkəsi bazasında rabitə kanalı yaradılıb. Elektron formada dövlət sosial sığorta ödənişləri üzrə bütün əməliyyatlar "Komis" sistemi vasitəsilə həyata keçiriləcək. Bura həm də kommunal xidmətlər üzrə digər ödənişlər də aiddir", - Müslümov deyib.

Onun sözlərinə görə, artıq iyulda sığortaçılar elektron formada ilk yarımilliyin və ikinci rübün yekunları üzrə hesabatları təqdim edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti