...

"Nar Mobile" təhsil sahəsinə dəstək göstərir

Telekommunikasiya Materials 3 İyul 2012 15:21 (UTC +04:00)
"Nar Mobile" təhsil, peşə inkişafı və sosial məsuliyyət strategiyasına uyğun olaraq, hər il bır sıra layihələrə imza atır.
"Nar Mobile" təhsil sahəsinə dəstək göstərir

Azərbaycan, Bakı, 3 iyul /Trend/

"Nar Mobile" təhsil, peşə inkişafı və sosial məsuliyyət strategiyasına uyğun olaraq, hər il bır sıra layihələrə imza atır.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də "Nar Mobile" Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə təhsil sahəsinin inkişafına yönələn layihələrə dəstək olub. Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron təhsil" müsabiqəsi də belə layihələrdən biridir.

İyunun 29-da Təhsil Nazirliyində "Elektron rəhsil" Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim təşkil edilib. Mərasim zamanı "Nar Mobile" müsabiqənin telekommunikasiya tərəfdaşı kimi iştirak edərək, Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qaliblərini qiymətli hədiyyələrlə təbrik edib. Qeyd edək ki, builki "Elektron təhsil" müsabiqəsi "Təhsildə internet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni tanıtmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxartmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti