...

"Azercell" Facebook-dakı aktiv fəaliyyətinə görə "Socially Devoted" sertifikatına layiq görülüb

Telekommunikasiya Materials 22 Sentyabr 2012 16:46 (UTC +04:00)
"Azercell Telekom" MMC-nin sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb. Sosial medianın monitorinqini keçirən nüfuzlu "Socialbakers" tədqiqat mərkəzi bu fəaliyyətinə görə mobil operatoru xüsusi sertifikata layiq görüb.
"Azercell" Facebook-dakı aktiv fəaliyyətinə görə "Socially Devoted" sertifikatına layiq görülüb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Azercell Telekom" MMC-nin sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb. Sosial medianın monitorinqini keçirən nüfuzlu "Socialbakers" tədqiqat mərkəzi bu fəaliyyətinə görə mobil operatoru xüsusi sertifikata layiq görüb.

MMC-dən şənbə günü Trend-ə verilən məlumata görə, ABŞ-ın "Socialbakers" şirkətinin apardığı araşdırma göstərib ki, bu ilin aprel-iyun aylarında "Azercell" şirkəti rəsmi "Facebook" səhifəsində istifadəçilərin verdiyi sualların 89,66 faizini cavablandırıb. Bu aktivliyinə görə şirkət "Socialbakers" tərəfindən "Socially devoted" sertifikatına layiq görülüb.

Azərbaycanın mobil bazarında liderlik edən "Azercell" abunəçilərinə son texnologiyalara əsasən müxtəlif onlayn xidmətlər təklif edir. Bir neçə ildir ki, Azərbaycanda ən populyar sosial şəbəkə olan Facebook-da Azercell-in rəsmi səhifəsi fəaliyyət göstərir. Burada Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. Şirkət sosial şəbəkə istifadəçiləri üçün müxtəlif müsabiqələr, əyləncəli viktorinalar, müxtəlif aksiyalar da təşkil edir, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur. "Facebook" səhifəsində həm də şirkətin keçirdiyi müxtəlif mədəni layihələrə biletlər qazanmaq mümkündür.

Qeyd edək ki, regionda ilk dəfə olaraq məhz "Azercell" öz "Facebook" səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu xidmət vasitəsilə abonentlər onları maraqlanan suallara cavab tapır, problemlərini həll edir, müəyyən əməliyyatları reallaşdırırlar.

Xəbər lenti

Xəbər lenti