...

.az domenində Azərbaycan saytlarının sayı 18 faiz artıb

Telekommunikasiya Materials 1 Oktyabr 2012 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

Yanvar-sentyabrda .az milli domen zonasında qeydə alınan internet-resurslarının sayı 18 faiz artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi WHOIS saytı məlumat yayıb.

.az domen zonasında 15340 internet-resurs qeydə alınıb.

Qeydə alınan saytların ümumi sayından 14234 ədədi domendə birinci səviyyəli qeydə alınan resursların payına düşür. İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 640 sayt qeydə alınıb.

Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada 152 internet saytı qeydə alınıb.

Statistikaya əsasən, dünyada aktiv domen adların ümumi sayı (sentyabrın 30-na olan vəziyyətə görə) 142 milyon ədədi ötür. Daha sıx zona .com hesab edilir. Orada 105 milyon internet-resurs aktivdir. İkinci yerdə .net-dir. Onun domenində 14,8 milyondan çox aktiv ad var. Üçüncü yerdə .org-dur. Orada 10,1 milyondan çox ad var.

Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

Xəbər lenti

Xəbər lenti